Çövkən üzrə dünya çempionatının təqvimi açıqlanıb

6 İyun 2026 17:18
128
Çövkən üzrə dünya çempionatının təqvimi açıqlanıb

Bakıda iyunun 7-dən ayın 13-nə qədər keçiriləcək çövkən üzrə dünya çempionatınının təqvimi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, qrup mərhələsinin oyunları iyunun 7-11-də baş tutacaq.

Yarımfinal qarşılaşmalarına iyunun 12-də start veriləcək. Final və 3-cü yer uğrunda görüşlər isə iyunun 13-də keçiriləcək.

Turnirdə mübarizə aparacaq 10 komanda iki qrupa bölünüb. A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yer alıblar. B qrupunda isə Azərbaycan Özbəkistan, Qazaxıstan, Çili və Küveyt yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatının bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək.

İdman.Biz