Cıdır yarışlarında qaliblər məlum oldu - FOTO

24 May 2026 10:02
154
Cıdır yarışlarında qaliblər məlum oldu - FOTO

Atçılıq üzrə cıdır mövsümünün növbəti yarışları keçirilib.

İdman.Biz xəbər verir ki, Atçılıq Federasiyasının təşkilatçılığı ilə yarışlar Binə Atçılıq Mərkəzində baş tutub.

Yarışlarda ümumilikdə 20 Qarabağ və Dilbaz atı iştirak edib. Proqramda dörd maraqlı qaçış yer alıb.

Üç yaşlı Qarabağ atları arasında keçirilən yarışda Sadiq Azayev “Semum” ləqəbli atla birinci yeri tutub. Azər Əliyev “Kalibus”la ikinci, Hilal Nəzərli isə “Asya” ilə üçüncü olub.

Üç yaşlı Dilbaz atlarının mübarizəsində Hilal Nəzərov “Mərmər 2” ləqəbli atla qalib adını qazanıb. Azər Əliyev “Zilahar”la ikinci, Mahmud Ağazadə isə “Sarıyer”lə üçüncü pillədə qərarlaşıb.

Dörd yaşlı Dilbaz atları arasında Azər Əliyev “Zəmzəm” ləqəbli atla finişə hamıdan tez çatıb. Ramal Əliyev “Lavin”lə ikinci, Sadiq Azayev isə “Savaş”la üçüncü nəticə göstərib.

Beş yaş və yuxarı Qarabağ atlarının yarışında Rauf Tahirov “Xatun” ləqəbli atla birinci olub. Azər Əliyev “Sədərək”lə ikinci, Vüsal Nəzərov isə “Nihat”la üçüncü yeri tutub.

Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışlarının 21 iyun 2026-cı ildə keçirilməsi planlaşdırılır.

İdman.Biz