Anar Hümbətov Daşkənddə konkur üzrə beynəlxalq yarışda iştirak edib - FOTO

25 Aprel 2026 17:45
181
Anar Hümbətov Daşkənddə konkur üzrə beynəlxalq yarışda iştirak edib - FOTO

“Elite” Atçılıq Klubunun yetirməsi Anar Hümbətov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş konkur üzrə Mantena Kuboku turnirində iştirak edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyası məlumat yayıb.

Beynəlxalq Atçılıq Federasiyasının təqvim planına daxil olan bu turnirdə idmançımız “Aqat” ləqəbli atla mübarizə aparıb.

O, hündürlüyü 110 sm olan maneələri dəf etmək yarışlarında beşinci yeri tutub. Hündürlüyü 115 sm olan maneələrin dəf olunmasında isə A.Hümbətov 6-cı olub.

Qeyd edək ki, turnirdə doqquz ölkəni təmsil edən 10 idmançı mübarizə aparıb.

İdman.Biz