Hippodromda dəhşətli an: Zərbə ilə havaya qalxdı - VİDEO

28 May 2026 08:45
230
Hippodromda dəhşətli an: Zərbə ilə havaya qalxdı - VİDEO

Böyük Britaniyanın Şimali Yorkşir qraflığında yerləşən Redkar hipodromunda at yarışı zamanı qorxulu hadisə baş verib.

İdman.Biz xəbər verir ki, məşqçi Riçard Fehinin komandasının əməkdaşı Xloya Brayodi “Kameko Fever” adlı atın yüyən və üzəngi hissəsini yoxlamaq üçün ona yaxınlaşıb. Bu zaman at arxa ayaqları ilə güclü zərbə endirib və qadın havaya qalxaraq yerə yıxılıb.

Hadisə yarışın canlı televiziya yayımı zamanı kameralara düşüb. Tibbi heyət dərhal müdaxilə edib, Brayodi daha sonra xəstəxanaya aparılıb. Müayinədən sonra onun ciddi xəsarət almadığı, yalnız əzilmələrinin olduğu bildirilib.

“Kameko Fever” isə hadisədən sonra yarışa qatılıb və 13 iştirakçı arasında 11-ci yeri tutub.

İdman.Biz
Məqalədə: