Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşib

4 May 2026 11:25
131
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşib

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Beynəlxalq Çövkən Federasiyası məlumat yayıb.

Bildirilib ki, son olaraq xüsusi dəvətlə Küveytin yarışa qatılacağı təsdiqlənib.

Turnirdə təşkilatçı Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya, Qana, Asiyadan Özbəkistan, Qazaxıstan, Cənubi Amerikadan isə Uruqvay və Çili yığmaları mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.

İdman.Biz