“Dünya çempionatına ciddi hazırlaşırıq” - Çövkən üzrə millimizin üzvünün Türkiyə mediasına AÇIQLAMASI - VİDEO

2 May 2026 17:46
111
“Dünya çempionatına ciddi hazırlaşırıq” - Çövkən üzrə millimizin üzvünün Türkiyə mediasına AÇIQLAMASI - VİDEO

Azərbaycan millisinin üzvü Nurlan Qurbanov Türkiyə mediasına açıqlama verib.

İdman.Biz xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının üzvü və çövkən üzrə idmançı olan Qurbanov komandanın hazırlıq prosesindən danışıb.

O bildirib ki, hazırda çövkən üzrə dünya çempionatına intensiv hazırlıq gedir:

“Hazırda dünya çempionatına hazırlaşırıq. Məşqlərimiz davam edir, fasilə vermirik, dayanmırıq”.

Nurlan Qurbanov çövkənin Azərbaycanın ənənəvi və qədim oyunlarından biri olduğunu da vurğulayıb.

İdman.Biz