Çövkən Liqasında beşinci tur: Liderlər üz-üzə gəlir

23 Aprel 2026 11:22
138
Çövkən Liqasında beşinci tur: Liderlər üz-üzə gəlir

Peşəkar Çövkən Liqasında beşinci turun oyunlarının keçiriləcəyi tarixlər müəyyənləşib.

İdman.Biz Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, turun, eləcə də ilk dövrənin mərkəzi qarşılaşması aprelin 24-də baş tutacaq.

İlk dörd turda qələbə qazanan “Polad” və “Sərhədçi” komandalarından ən azı biri bu turda xal itirəcək. Bu vəziyyət ötən turda xal itirmiş “Elite” komandası üçün əlverişli sayılır. Belə ki, “Elite” bu turda “Embawood” üzərində qələbə qazanacağı halda liderlərə yaxınlaşa bilər. Lakin “Embawood”un hazırda dördüncü pillədə qərarlaşdığını və onların da qələbə qazanaraq mövqelərini yaxşılaşdırmağa çalışacağını nəzərə almaq lazımdır.

“Buta Qolden” - “Atilla” qarşılaşması da maraqla gözlənilir. Belə ki, “Atilla” komandası keçirdiyi dörd oyunda hələ də qol vura bilməyib və bu uğursuz seriyanı qırmağa çalışacaq.

Tur aprelin 24-də keçiriləcək “Xəzər” - “Şamaxı” oyunu ilə start götürəcək, növbəti gün baş tutacaq “Zəfər” - “Omar” qarşılaşması ilə yekunlaşacaq.

Qeyd edək ki, bütün oyunlar Binə Atçılıq Mərkəzində təşkil olunacaq.

İdman.Biz