Çövkən Liqasında “Sərhədçi” liderliyi ələ keçirib

25 Aprel 2026 23:31
140
Çövkən Liqasında “Sərhədçi” liderliyi ələ keçirib

Azərbaycan Peşəkar Çövkən Liqasının beşinci turu başa çatıb.

İdman.Biz Atçılıq Federasiyasına istinadən xəbər verir ki, birinci dövrənin mərkəzi oyununda “Sərhədçi” komandası “Polad”ı 2:0 hesabı ilə məğlub edərək mütləq nəticə ilə liderliyə yüksəlib.

Turun digər qarşılaşmalarında “Embawood” “Elite”ə 2:1, “Şamaxı” isə “Xəzər”ə 6:0 hesabı ilə qalib gəlib. “Zəfər” - “Omar” matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. “Buta Qolden” isə “Atilla”nı 13:0 hesabı ilə darmadağın edib. Bu, çempionatın hələlik ən böyükhesablı qələbəsidir.

Beş turdan sonra turnir cədvəlinə “Sərhədçi” başçılıq edir. Aktivində 12 xal olan “Polad” və “Buta Qolden” komandaları isə ikinci və üçüncü yerləri bölüşdürürlər.

Bombardirlərin siyahısına hərəyə on qolla “Buta Qolden”in üzvləri Şəfayət Budaqov və Şamil İslamov liderlik edir. “Atilla” isə çempionatda hələ də aktivində qol olmayan yeganə komandadır.

İdman.Biz