Formula 1 üzrə Azərbaycan Qran-prisi: 12 tribunadan 9-nun biletləri satılıb

26 Avqust 2025 13:22
335
Formula 1 üzrə Azərbaycan Qran-prisi: 12 tribunadan 9-nun biletləri satılıb

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi üçün geri sayım artıq başlayıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən İdman.biz-ə verilən məlumata görə, ümumilikdə 12 tribuna tədbir iştirakçılarını qarşılayacaq, bunlardan 2-si yeni tikilib.

9 tribunaya biletlər artıq satılıb. 2025-ci ildə 20 mindən çox oturacaq yeri nəzərdə tutulub, ilk bilet Avstraliyadan alınıb, indiyə qədər isə 100-dən çox ölkədən bilet satılıb.

Sentyabrın 19-da İtalyan-Amerikalı məşhur DJ Anyma Bakı səmasını elektron musiqi və vizual sənət elementləri ilə dolduracaq. Ertəsi gün dünyaca məşhur DJ Martin Garrix izləyiciləri enerjili ritmlərlə həftəsonuna həyəcan qatacaq. Həmin gün qlobal musiqi fenomeni Glass Animals çıxışı ilə tədbiri zirvəyə daşıyacaq.

İdman.biz