Keçmiş “Formula-1” pilotu, hazırda ekspert olan Ralf Şumaxer “Aston Martin” komandasındakı problemlərdən danışıb.
İdman.Biz bildirir ki, Şumaxer mart ayında Monako Qran-Prisində ilk dəfə paddokda görünən 67 yaşlı məşhur britaniyalı dizayner və komanda rəhbəri Edrian Nyuinin sağlamlığına toxunub.
“Edrian Nyui xəstədir və Monakoda olmamalı idi, amma Lourens Stroll nəyin bahasına olursa olsun onu yenidən trasa qaytarmaq istəyirdi, ona görə də ora getdi. “Aston Martin” daxilində ciddi bir münaqişə gedir. Lorens buna layiq deyil; bu, bir az acınacaqlıdır. O, Formula-1-ə çox şey gətirir”, - Şumaxer deyib.
