Rassel Barselona-Kataloniya Qran-prisinin təsnifatında qalib gəlib

13 İyun 2026 20:10
129
Rassel Barselona-Kataloniya Qran-prisinin təsnifatında qalib gəlib

“Formula-1” mövsümünün yeddinci mərhələsi olan Barselona-Kataloniya Qran- Prisinin təsnifatı keçirilib.

İdman.Biz bildirir ki, “Mercedes” pilotu Corc Rassel poulu qazanıb. “Ferrari” pilotu Lyuis Hemilton ikinci, “Mercedes” pilotu Andrea Kimi Antonelli isə üçüncü yeri tutub.

Şarl Lekler (Ferrari) üçüncü seqmentdə qəzaya uğrayıb.

Formula-1. Barselona-Kataloniya Qran-Prisi. Əsas təsnifat mərhələsi:

1. Corc Rassel (Mercedes) — 1:14.679.
2. Lyuis Hemilton (Ferrari) +0.064.
3. Andrea Kimi Antonelli (Mercedes) +0.319.
4. Lando Norris (McLaren) +0.322.
5. Maks Ferstappen (Red Bull) +0.342.
6. İsak Hacar (Red Bull) +0.398.
7. Oskar Piastri (McLaren) +0.411.
8. Liam Louson (Racing Bulls) +1.863.
9. Niko Hülkenberq (Audi) +1.978.

İdman.Biz