"Çox məmnunam, çünki belə yaxşı nəticə gözləmirdim."
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Qran-prisində 4-cü yeri tutan “McLaren” komandasının pilotu Lando Norris deyib.
Pilot bir az şanslı olduğunu etiraf edib: “Yarışın sonuna yaxın qarşımda gedən iki avtomobil toqquşanda bəxtim gətirdi. Amma bizim yaxşı tempimiz var idi. İlk stenddə sərt təkərlərlə dişlərimi sıxıb irəliyə doğru mübarizə apara bildim. Komandamız əla nəticə qazandı, lakin mən bu yarışda qalib gələn Oskar Piastriyə görə daha çox sevinirəm. "McLaren” 10 ildə ilk dəfə konstruktorlar çempionatında liderliyi ələ keçirdi, bu da gözəldir".
Norris, həmçinin komandanın taktikasını da bölüşüb: “Bir anda komanda məndən azacıq yavaşlamamı istədi. Amma mən sürəti azaltmadım, çünki hələ də Alex Albonun arxasınca gedirdim, ancaq təkərlər həddindən artıq qızmağa başladığı üçün onlara qulluq etmək qərarına gəldim. Bəlkə də bu, Oskarın irəlidə qalmasına və yarışda qalib gəlməsinə imkan verdi. Amma biz bir komandayıq, ona görə də bu cür hərəkət etməliyik. Bu, ən vacib şeydir”.
İdman.biz