"Formula 1": "Ferrari" qəza törədib - FOTO - VİDEO

13 Sentyabr 2024 14:03
629
"Formula 1": "Ferrari" qəza törədib - FOTO - VİDEO

"Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində qəza törədib.

İdman.biz xəbər verir ki, pilotun idarə etdiyi bolid birinci sərbəst yürüşdə baryerə çırpılıb.

Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb. Leklerin avtomobili trasdan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

İdman.biz

Məqalədə: