“Formula 1” İstanbula qayıdır

25 Aprel 2026 15:20
191
“Formula 1”  İstanbula qayıdır

“Formula 1” yarışları altı ildən sonra yenidən İstanbula qayıdır.

İdman.Biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışlar 2027–2031-ci illər ərzində “İstanbul Park” tam 5 mövsüm boyunca keçiriləcək.

Yarış ilk dəfə 2005-ci ildə təqvimə daxil edilib və 2011-ci ilə qədər fasiləsiz təşkil olunub, sonuncu dəfə isə 2021-ci ildə baş tutub.

Məlumata görə, mərhələ hər il Türkiyə iqtisadiyyatına 200–250 milyon dollar həcmində töhfə verə bilər.

Yarış həftəsində təxminən 200 min yerli və xarici azarkeşin İstanbula səfəri gözlənilir.

Qeyd olunur ki, bu tədbir həm turizm gəlirlərini artıracaq, həm də ölkənin beynəlxalq tanıtımına mühüm təsir göstərəcək.

İdman.Biz