Ölkəmizdə sürət həvəskarlarının maraqla gözlədiyi “Formula-1” yarışının yayımı ilə bağlı qərar dəqiqləşib.
İdman.Biz-in kanal rəhbərliyindən əldə etdiyi məlumata görə, yarışlar Mayami Qran-prisindən (1-3 may) etibarən “İdman” TV-də yayımlanacaq.
Qeyd edək ki, “Formula-1” yarışları ənənəvi olaraq tanınmış şərhçilər Siyavuş Əliyev və Rəhim Əliyevin təqdimatında efirə veriləcək.
Mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi isə sentyabrın 24-26-da baş tutacaq.
