“Formula-1”in sabiq pilotu: "Ferstappen üçün “Red Bull”dan ayrılmaq asan olmayacaq"

28 Aprel 2026 16:24
149
“Formula-1”in sabiq pilotu: "Ferstappen üçün “Red Bull”dan ayrılmaq asan olmayacaq"

“Formula-1”in keçmiş pilotu, hazırda ekspert kimi tanınan Martin Brandl dördqat dünya çempionu Maks Ferstappenin 2026 mövsümündən sonra “Red Bull” komandasından ayrılmasının çətin olacağını bildirib.

İdman.Biz xəbər verir ki, o, bu barədə “F1oversteer” portalına danışıb.

Brandlın sözlərinə görə, hazırda aparıcı komandaların heyətlərində boş yerlər demək olar ki, yoxdur. O qeyd edib ki, hazırda əsas komandaların heyətləri tam komplektdir və boş yer demək olar ki, yoxdur. Məsələn, “Mercedes”də Corc Rassell və Kimi Antonelli çıxış edir, “McLaren”də isə stabil və uğurlu pilot dueti formalaşıb. “Ferrari”də isə Şarl Lekler və Luis Hamilton kimi güclü pilotlar yer alır.

“Əgər bu yerlərdən biri gözlənilmədən boşalsa, Maks üçün imkan yarana bilər. Amma komandalar güclü pilotlarını asanlıqla kənara ata bilməzlər. Əgər o, nəticə üçün “Red Bull”dan ayrılsa, söhbət yalnız bu üç komandadan birindən gedə bilər”, - deyə Brandl bildirib.

İdman.Biz