“Ferrari”nin pilotu: “Mən əla sürücüyəm yəqin ki, ən yaxşısıyam”

Xəbərlər
28 Sentyabr 2023 19:41
131
“Ferrari”nin pilotu: “Mən əla sürücüyəm yəqin ki, ən yaxşısıyam”

"Ferrari"nin ispan pilotu Karlos Sayns etiraf edib ki, hazırda komandada özünü çox inamlı hiss edir.

İdman.biz xəbər verir ki, Sayns bununla bağlı xarici mətbuata danışıb: “Yalan danışmayacağam, maşın sürərkən özümü çox yaxşı hiss edirəm. Mən əla sürücüyəm, yəqin ki, Ferrari sürücüsü olduqdan sonra ən yaxşısıyam. Mən nəhayət ki, potensialımı tamami ilə ortaya qoydum və buna görə çox xoşbəxtəm”.

Qeyd edək ki, Karlos Sayns hazırda 150 xalla ümumi sürücülər sıralamasında beşinci yerdədir. Onun komanda yoldaşı Şarl Leklerin aktivində 135 xal var. O, 6-cı yerdə qərarlaşıb. “Red Bull” komandasının sürücüsü Maks Verstappen yarışa 400 xalla inamla liderlik edir.

İdman.biz