“Red Bull” pilotunun başqa komandaya keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib
“Red Bull” komandasının pilotu, “Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappenin meneceri Raymond Vermülen niderlandlı sürücünün “Maklaren”ə keçidi ilə bağlı yayılan iddialara münasibət bildirib.
İdman.Biz xəbər verir ki, o, bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.
“Bu şayiələrin heç bir əsası yoxdur. Heç bir danışıq aparılmayıb. Daha əvvəl də dediyim kimi, yaxın həftələrdə bolidin necə inkişaf edəcəyini gözləyirik. Biz "Red Bull"da qalmaq istəyirik, amma bunun üçün qalib gəlməyə imkan verən bolidə ehtiyacımız var”, – deyə Vermülen açıqlamasında bildirib.
Qeyd edək ki, “Formula-1” mövsümünün 2026-cı il çempionatında keçirilən yeddi mərhələdən sonra Maks Ferstappen 55 xalla şəxsi hesabda yeddinci pillədə qərarlaşıb. Çempionata isə 156 xalla “Mersedes”in pilotu Andrea Kimi Antonelli başçılıq edir.
