“Formula-1” üzrə 2026-cı il mövsümünün səkkizinci mərhələsi olan Avstriya Qran-prisinin qalibi “Mercedes” pilotu Corc Rassell olub.
İdman.Biz xəbər verir ki, 28 yaşlı britaniyalı yarışa poul mövqeyindən başlayıb və finişə birinci çatıb.
“Red Bull” pilotu Maks Ferstappen ikinci yeri tutub. Niderlandlı sürücü qalibdən 1,611 saniyə geri qalıb. Üçüncü pillədə isə “Mercedes”in digər pilotu Andrea Kimi Antonelli qərarlaşıb. Onun Rassellə fərqi 1,986 saniyə olub.
İlk altılığı Oskar Piastri, Lyuis Hemilton və İsak Acar tamamlayıb. Piastri “Maklaren”lə dördüncü, Hemilton “Ferrari” ilə beşinci, Acar isə “Red Bull”la altıncı olub.
Şəxsi hesabda liderliyi Andrea Kimi Antonelli qoruyur. Onun aktivində 171 xal var. Rassell 131 xalla ikinci pilləyə yüksəlib. Hemilton 125 xalla üçüncü sıraya enib.
Qeyd edək ki, “Formula-1” də növbəti mərhələ 3-5 iyulda Böyük Britaniyada keçiriləcək.
