"Formula-1" üzrə İspaniya Qran-prisinin məkanı dəyişib.
İdman.biz xəbər verir ki, 2026-cı ildən dünya çempionatının mərhələsinə Barselona deyil, Madrid ev sahibliyi edəcək.
Bununla bağlı 10 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İspaniya Qran-prisi 1991-ci ildən Barselonada təşkil olunurdu.
İdman.biz