“Formula-1” üzrə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Monako Qran-prisinin startında yaşanan texniki problemə sərt reaksiya verib.
İdman.Biz xəbər verir ki, 28 yaşlı dördqat dünya çempionu əsas yarışa ikinci yerdən başlasa da, startda bolidində problem yaranıb. Fersstappen qısa müddətdə sonuncu - 22-ci pilləyə geriləyib və daha sonra mübarizəni dayandırıb.
Pilot komanda radiosunda emosiyalarını gizlətməyib:
“Bəli, gözəl. Tamamilə əla, axmaq uşaqlar, bu nə axmaq adamdır”, - deyə Ferstappen problem yarandıqda komanda radiosunda bildirib.
Monako Qran-prisindəki uğursuzluq “Red Bull” üçün ciddi zərbə olub. Ferstappenin texniki problem səbəbindən mübarizədən erkən kənarda qalması komandanın çempionluq yarışındakı vəziyyətini daha da çətinləşdirib.
