“Ferrari” pilotu Şarl Lekler komandanın “Mercedes”lə necə rəqabət apara biləcəyini izah edib.
İdman.Biz bildirir ki, o, hər şeyin asan olmadığını bildirib.
“Düşünmürəm ki, hər şey göründüyü qədər yaxındır. İlk yarışlarda çox rəqabət görürük və bu, əladır. Amma bu maşınlarla bir az da olsa geridə qalsanız, dərhal çox dövrə vaxtını itirirsiniz.
Ona görə də, onlarla ayaqlaşmaq üçün yeganə şansımız onları ilk dövrələrdə sıxmaqdır. Amma onlar təmiz hava alan kimi, əsl tempi üzə çıxır. Və düşünürəm ki, ilk yarışlarda gördüyümüz o dörd-beş ondalıq hələ də var. Beləliklə, onlar hələ də əhəmiyyətli bir üstünlüyə malikdirlər. Amma bu, məni narahat etmir - inkişaf mərhələsində olan bir neçə şeyimiz var.
Özümüzə diqqət yetirməli və həddini aşmağa çalışmamalıyıq, çünki bu, bu vəziyyətlərdə heç vaxt işə yaramır. Və sonra bunun hara aparacağını görəcəyik", - deyə “RacingNews365” Leklerin sözlərini sitat gətirib.
