Şumaxerin qızı atasının faciəsindən sonra atların ona necə kömək etdiyini deyib

3 Aprel 2026 01:06
198
Şumaxerin qızı atasının faciəsindən sonra atların ona necə kömək etdiyini deyib

Yeddiqat “Formula-1” çempionu Mixael Şumaxerin qızı Cina-Maria Betke, 2013-cü ildə atasının faciəli qəzasının nəticələrinin öhdəsindən necə gəldiyini bölüşüb.

İdman.Biz bildirir ki, Betke atların ona çətinliyin öhdəsindən gəlməyə kömək etdiyini qeyd edir.

Bild-in məlumatına görə, Betke “Atamın qəzasından sonra özümü həqiqətən buna həsr etdim, çünki bir şey etməli idim. Atlar həmişə vacib olub, amma o vaxtdan bəri onlar... Mən onlarsız yaşaya bilmərəm. Onlar mənə hər şeyin öhdəsindən gəlməyə kömək etdilər” deyib.

Mixael Şumaxerin qızı o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. Yanvar ayında “Daily Mail” qəzeti sürücünün artıq yataq xəstəsi olmadığını - əlil arabasından istifadə etdiyini və Mayorkadakı mülkündə təkərli arabalarla gəzdirilə biləcəyini bildirdi. O, həkimlər və tibb bacıları tərəfindən 24 saat qayğı görür.

Cinanın anası Korinna da xatirələrini bölüşüb: “Maykl bir dəfə Cina 10 yaşında olanda mənə dedi: “Cina səndən daha yaxşı olacaq. Çünki o, daha eqoistdir. İdmançı müəyyən mənada eqoist olmalıdır. Bu, möhtəşəmdir. Əks halda, heç nəyə nail ola bilməzsən”. Bu gün düşünürəm: o, çox haqlı idi.

2025-ci ilin aprel ayında Cina, 2024-cü ilin sentyabrında evləndiyi əri İtan Betkedən ilk uşağını dünyaya gətirib. Onların toyu Mayorkadakı ailə villasında baş tutub. Mixael Şumaxerin mərasimdə iştirak etdiyi barədə şayiələr yayılsa da, rəsmi təsdiq yoxdur.

İdman.Biz