Ferstappenin Piastrini ötməsi “Formula-1”də “İlin hərəkəti” seçildi

Xəbərlər
13 Dekabr 2025 03:07
55
Ferstappenin Piastrini ötməsi “Formula-1”də “İlin hərəkəti” seçildi

Dördqat dünya çempionu və “Red Bull”un pilotu Maks Ferstappenin Emilia-Romanya Qran-prisinin əvvəlində avstraliyalı “McLaren” pilotu Oskar Piastrini ötməsi FIA-nın Qala mükafatlandırma mərasimində “Formula-1”də ilin hərəkəti” seçilib.

İdman.Biz-in məlumatına görə, bu ötmə 2025-ci ildə “Formula-1”də ən möhtəşəm hərəkət kimi tanınıb.

Xatırladaq ki, Maks Ferstappen Özbəkistanın Daşkənd şəhərində keçirilən mərasimdə iştirak etmir.

“Formula-1”in 2025-ci il mövsümünün sonunda Ferstappen pilotların sıralamasında britaniyalı “McLaren” pilotu Lando Norrisin arxasında ikinci yeri tutub. Norris karyerasında ilk dəfə dünya çempionu olub. “McLaren” mövsümün sonunda konstruktorlar çempionluğunu qazanıb.

İdman.Biz