Minfutbol klublarımız Çempionlar Liqasına qələbə ilə başlayıblar

Xəbərlər
17 Sentyabr 2025 19:26
42
Minfutbol klublarımız Çempionlar Liqasına qələbə ilə başlayıblar

Azərbaycan klubları "Zirə" və "Birbaşa Bakı" komandaları minifutbol üzrə Çempionlar Liqasına qələbə ilə başlayıblar.

İdman.biz xəbər verir ki, C qrupunda yer alan "Zirə" Macarıstanın "Budapeşt" komandasına 2:0 hesabı ilə qalib gəlib.

"Birbaşa Bakı" isə F qrupunda "ARRV" (Rumıniya) üzərində qələbə qazanıb - 4:1.

Qeyd edək ki, Çempionlar Liqasının oyunları Bolqarıstanın paytaxtı Sofiyadakı Boyana Futbol Mərkəzində təşkil olunur.

İdman.biz