Çempionlar Liqası hər bir baş məşqçinin ən böyük arzusu sayılır. Amma futbol tarixində elə mütəxəssislər var ki, böyük uğurlar qazansalar da, bu kuboka sahib ola bilməyiblər.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan biri əfsanəvi baş məşqçi Dieqo Simeonedir. “Atletiko Madrid”də qazandığı nəticələrlə klub tarixində iz qoyan argentinalı mütəxəssis komandanı 2014 və 2016-cı illərdə finala çıxarıb. Ancaq hər iki dəfə “Real Madrid”ə məğlub olub. İspaniya çempionatı və Avropa Liqasında yaddaqalan uğurları olsa da, ən böyük kubok hələ də ona qismət olmayıb.
Fransalı Arsen Venger də oxşar taleyi yaşayıb. Uzun illər “Arsenal”a rəhbərlik edən mütəxəssis İngiltərədə çempionluq və rekordlar qazanıb. Ancaq Avropada hədəfinə çata bilməyib. Onun komandası 2006-cı ildə Çempionlar Liqasının finalında “Barselona”ya uduzub.
Hektor Kuper də bu siyahıda yer alır. “Valensiya” ilə ardıcıl iki (2000/2001 və 2001/2002) final oynasa da, hər ikisində məğlub olub. Bu nəticələr ona “ikinci yerlərin kralı” adını qazandırıb.
Unayi Emeri Avropa Liqasında böyük nailiyyətlərə imza atıb. “Sevilya” ilə üç dəfə, “Vilyarreal”la bir dəfə turnirin çempionu olub. Amma Çempionlar Liqasında heç vaxt kuboku başı üzərinə qaldıra bilməyib.
Roberto Mançini, Antonio Konte, Sven-Qöran Eriksson və Fernandu Santuş da karyeraları ərzində böyük çempionluqlar qazanıblar, amma Çempionlar Liqasında eyni uğuru təkrarlaya bilməyiblər.
Mauritsio Poçettino isə 2019-cu ildə “Tottenhem”i turnirin finalına çıxarsa da, “Liverpul”a yenilib.
İdman.biz