"Araz-Naxçıvan"ın növbəti rəqibi Kipr klubu olacaq

Xəbərlər
1 Avqust 2025 00:32
60
"Araz-Naxçıvan"ın növbəti rəqibi Kipr klubu olacaq

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, təmsilçimiz Kiprin "Omoniya" klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Turnirdə mübarizəyə II mərhələdən qoşulan "Omoniya" iki oyunun nəticəsinə görə Kutaisi "Torpedo"sunu mübarizədən kənarlaşdırıb - 1:0, 4:0. Komandalar arasında ilk oyun avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Nikosiyada olacaq.

"Araz-Naxçıvan" isə iki oyunun nəticəsinə görə, "Aris"dən güclü olub - 2:1, 2:2.

Qeyd edək ki, "Omoniya" ötən mövsümdə Konfrans Liqasının pley-offunda "Zirə"ni mübarizədən kənarlaşdırıb (6:0, 0:1).

İdman.biz