Alonso “Mançester Siti”nin istədiyi futbolçu barədə danışdı

26 Avqust 2026 21:38
83
Alonso “Mançester Siti”nin istədiyi futbolçu barədə danışdı

İngiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi Xabi Alonso Enso Fernandesin gələcəyi ilə bağlı açıqlama verib.

İdman.Biz “Independent”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə Liqa Kubokunun 2-ci turunda “Luton Taun”la oyundan əvvəl Fernandes barədə danışıb.

“O, məşq edib və hazırda çox yaxşı çalışır. Əsl peşəkardır və matçda iştirak edəcək.

Fernandesi komandada saxlamaq istəyərdimmi? Biz mümkün qədər güclü komanda qurmaq istəyirik. Onun keyfiyyətlərini bilirik və o, bunları artıq nümayiş etdirib. Gözləməliyik. Hazırda sabahkı oyunu düşünürük, bundan sonra vəziyyətin necə inkişaf edəcəyinə baxacağıq”, – deyə Alonso bildirib.

Qeyd edək ki, daha əvvəl 2022-ci il dünya çempionunun transferi ilə “Mançester Siti”nin ciddi şəkildə maraqlandığı bildirilib.

İdman.Biz