“Mançester Siti” Mərakeş millisinin futbolçusunu transfer etdi

26 Avqust 2026 22:34
73
“Mançester Siti” Mərakeş millisinin futbolçusunu transfer etdi

İngiltərənin “Mançester Siti” futbol klubu Mərakeş millisinin mərkəz yarımmüdafiəçisi Ayub Buaddinin transferini rəsmən açıqlayıb.

İdman.Biz xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.

Britaniya mətbuatına görə, “Mançester Siti” bu transferə görə “Lill”ə bonuslarla birlikdə 100 milyon avro (194 milyon AZN) ödəyəcək.

Buaddi “Lill”in yetirməsidir. O, Fransa klubunun əsas komandasında 96 matç keçirib və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, yarımmüdafiəçi aşağı yaş qruplarında Fransa millisinin formasını geyinib. Daha sonra Mərakeş yığmasını seçən Buaddinin aktivində səkkiz milli oyun var. O, bu görüşlərin beşində 2026-cı il dünya çempionatında meydana çıxıb.

İdman.Biz