İngiltərənin “Aston Villa” futbol klubu “Çelsi”nin hücumçusu Nikolass Cekson üçün 70 milyon avro təklif edib.
İdman.Biz “Fussball Transfers”ə istinadən xəbər verir ki, London klubu bu təklifi qəbul etməyə meyilli görunur.
İnsayder Fabritsio Romanonun məlumatına görə, Birmingem təmsilçisi 25 yaşlı seneqallı futbolçu ilə şəxsi müqavilənin şərtlərini demək olar ki, razılaşdırıb. Lakin onun sözlərinə görə, “Aston Villa” hələ “Çelsi”yə rəsmi təklif göndərməyib. Buna baxmayaraq, klub transferə 70 milyon avro xərcləməyə hazırdır.
Qeyd edək ki, Cekson ötən mövsümü icarə əsasında “Bavariya”da keçirib. O, Münhen klubunun heyətində 34 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
