“Qarabağ” futbol klubu daha bir legioneri ilə vidalaşmağa yaxındır.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, Dani Bolt Ağdam klubundan ayrılmağa qərar verib.
27 yaşlı futbolçu Malayziyanın “Johor” klubu ilə anlaşıb. “Qarabağ”ın Boltla vidanı tezliklə açıqlaması gözlənilir.
Xatırladaq ki, Bolt 2025-ci ilin yayında qoşulduğu “Qarabağ”da 42 oyuna 1 qol və 3 assist müəllifi olub.
Qeyd edək ki, Dani Bolt yeni klubunda keçmiş komanda yoldaşı Kevin Medina ilə birgə çıxış edəcək. O da bu il Ağdam klubundan “Johor”a keçmişdi. Malayziya klubunda Azərbaycan yığmasının sabiq üzvü Eddi İsrafilov da forma geyinir.
