“Qarabağ” futbol klubunun Polşanın “Qurnik” klubu ilə nigeriyalı vinger Taofik İsmailin transferi ilə bağlı danışıqlar aparır.
İdman.Biz "Goal"a istinadən xəbər verir ki, Azərbaycan klubunun 26 yaşlı futbolçuya marağı təsdiqlənib. Tərəflərin nümayəndələri mümkün transferin şərtlərini müzakirə edirlər.
“Qurnik” İsmaili satmağa hazırdır. Nigeriyalının müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bu səbəbdən hazırkı transfer pəncərəsi Polşa klubu üçün futbolçunun satışından gəlir əldə etmək baxımından son imkanlardan biri hesab olunur.
Əvvəlcə transfer məbləğinin təxminən 700 min avro olacağı bildirilirdi. Son məlumatlara görə isə “Qarabağ”ın futbolçunun keçidi üçün təxminən 1 milyon avro ödəməsi mümkündür.
İsmailə də karyerasını davam etdirmək üçün variantları nəzərdən keçirməyə icazə verilib. Mənbənin məlumatına görə, futbolçu “Qarabağ”ın təklifini qəbul edərsə, transferin tamamlanması üçün ciddi maneə olmayacaq.
“Qurnik” nigeriyalı futbolçunu daha əvvəl təxminən 350-400 min avroya transfer edib. Bu səbəbdən İsmailin 1 milyon avroya satılması Polşa klubuna əhəmiyyətli gəlir gətirə bilər.
Qeyd edək ki, İsmail daha əvvəl icarə əsasında “Lex”də də çıxış edib. Daha sonra o, Zabıje klubuna qayıdıb.
