Niderland voleybol millisi Bakıda İspaniyanı məğlub edib - YENİLƏNİB

25 Avqust 2026 19:56
1 249
Niderland voleybol millisi Bakıda İspaniyanı məğlub edib - YENİLƏNİB

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında Niderland və İspaniya milliləri üz-üzə gəliblər.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Niderland millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Niderland komandası ilk setdə 25:13, ikinci hissədə 25:11, üçüncü setdə isə 25:16 hesabı ilə üstün olub.

Xatırladaq ki, Niderland yığması bununla C qrupunda ardıcıl üçüncü qələbəsini qazanıb. Komanda daha əvvəl Rumıniyanı 3:2, Portuqaliyanı isə 3:0 hesabı ilə məğlub etmişdi.

17:30

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.

İdman.Biz xəbər verir ki, günün ilk matçında Belçika Rumıniyanı məğlub edib.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma 3:0 (25:21, 25:20, 25:17) hesabı ilə yekunlaşıb.

Saat 18:30-da isə Niderland yığması İspaniyanı sınağa çəkəcək.

Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq.

10:16

Bakıda keçirilən voleybol üzrə Avropa çempionatının C qrupunda bu gün daha iki oyun baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında saat 15:30-da Rumıniya millisi Belçika ilə münasibətlərinə aydınlıq gətirəcək.

Saat 18:30-da isə Niderland yığması İspaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, C qrupunun bütün görüşləri avqustun 28-dək Milli Gimnastika Arenasında keçiriləcək. Hazırda səkkiz xalı olan Azərbaycan millisi qrup turnir cədvəlinə başçılıq edir.

İdman.Biz