Daha bir portuqaliyalı 30+20 milyon avroya "Əl-Nəsr"ə keçir

Xəbərlər
27 İyul 2025 16:02
82
Daha bir portuqaliyalı 30+20 milyon avroya "Əl-Nəsr"ə keçir

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində paylaşım edib.

Transferin ilkin dəyəri 30 milyon avro olacaq, lakin bonusları nəzərə alsaq, bu məbləğ 50 milyon avroya qədər arta bilər.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2024-cü ilin yayında "Atletiko Madrid"dən "Çelsi"yə keçib. Hücumçu ötən mövsümün ikinci hissəsini icarə əsasında "Milan"da keçirib. Onun London klubu ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər idi. Transfermarkt portalına görə, Feliksin dəyəri 20 milyon avrodur.

İdman.biz