İngiltərənin “Mançester Yunayted” futbol klubu Premyer Liqanın birinci turunda səfərdə “Hall Siti”yə 0:2 hesabı ilə uduzub.
İdman.Biz xəbər verir ki, hazırda İtaliyanın “Fiorentina” futbol klubunda çıxış edən David de Xea sosial şəbəkə hesabında keçmiş komandası barədə paylaşım edib.
“Əsas məsələ hər şeyin necə başlaması yox, necə başa çatmasıdır”, - deyə 35 yaşlı qolkiper yazıb.
Qeyd edək ki, De Xea “Mançester Yunayted”in heyətində 545 rəsmi oyun keçirib və 590 qol buraxıb.
İkinci turda “Mançester Yunayted” avqustun 30-da doğma meydanda “İpsviç”i qəbul edəcək.
