La Liqa: “Real” 90-cı dəqiqə qolu ilə qalib gəldi - YENİLƏNİB + VİDEO

23 Avqust 2026 01:33
1 178
La Liqa: “Real” 90-cı dəqiqə qolu ilə qalib gəldi - YENİLƏNİB + VİDEO

İspaniyanın “Real” futbol klubu Barselonada “Espanyol”u 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Kornelya-El Prat” stadionunda keçirilən görüşdə hesab doqquzuncu dəqiqədə açılıb. Cud Bellingem “Real”ı önə keçirib.

“Espanyol” 30-cu dəqiqədə Aleks Kalatravanın qolu ilə tarazlığı bərpa edib.

Qarşılaşmanın taleyi son dəqiqədə həll olunub. Karlos Espi 90-cı dəqiqədə fərqlənərək “Real”a 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, Madrid klubunun birinci turda “Real Sosyedad”la keçirilməli olan oyunu avqustun 26-na təxirə salınıb. “Espanyol” isə mövsümün ilk matçında “Levante”ni 3:0 hesabı ilə məğlub edib.

Növbəti turda “Espanyol” avqustun 29-da “Real Sosyedad”la, “Real” isə avqustun 30-da “Malaqa” ilə qarşılaşacaq.

23:45

İspaniya La Liqasının ikinci turunda “Valensiya” və “Selta” xalları bölüblər.

İdman.Biz xəbər verir ki, “Mestalla” stadionunda keçirilən qarşılaşmada tərəflər qol vura bilməyiblər.

Komandalar hərəyə bir xalla kifayətləniblər.

Növbəti turda “Valensiya” avqustun 25-də doğma meydanda “Betis”lə qarşılaşacaq. “Selta” isə avqustun 27-də “Osasuna”nı qəbul edəcək.

21:10

İspaniyanın “Sevilya” futbol klubu Bilbao “Atletik”ini 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “San Mames” stadionunda keçirilən görüşdə ev sahibləri 11-ci dəqiqədən azlıqda qalıblar. Yuri Berçiçe birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

“Sevilya” 15-ci dəqiqədə Osonun qolu ilə hesabı açıb. İkinci hissədə Çidera Ecuke 50-ci, İsaak Romero isə 57-ci dəqiqədə fərqlənərək qonaqların üstünlüyünü üç topa çatdırıblar.

“Atletik”in yeganə qolunu 70-ci dəqiqədə Aitor Paredes vurub.

Növbəti turda “Atletik” avqustun 27-də səfərdə “Barselona” ilə, “Sevilya” isə avqustun 29-da doğma meydanda Madrid “Atletiko”su ilə qarşılaşacaq.

İdman.Biz