“Sabah”ın hücumçusu: “Çempionlar Liqasında qol vurmaq uşaqlıq arzum idi”

24 Noyabr 2026 18:28
38
“Sabah”ın hücumçusu: “Çempionlar Liqasında qol vurmaq uşaqlıq arzum idi”

Bakının “Sabah” futbol klubunun hücumçusu Orfe Mbina Fransa mətbuatına açıqlama verib.

İdman.Biz xəbər verir ki,“Ladepeche” nəşərinə danışan Qabonlu futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış etməyin və bu turnirdə qol vurmağın onun üçün xüsusi məna daşıdığını bildirib.

26 yaşlı hücumçu Çempionlar Liqasında oynamaq arzusunun uşaqlıqdan gəldiyini və bu istəyinin gerçəkləşməsindən böyük sevinc duyduğunu qeyd edib:

“Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi. Liqa mərhələsində çıxış etmək isə daha böyük xəyalım idi. Bunun gerçəkləşəcəyini heç vaxt düşünməmişdim. Təsnifat mərhələsində oynamaq bir şeydir, turnirin əsas mərhələsində çıxış etmək isə tamam başqadır. Bu hissi sözlə ifadə etmək mümkün deyil. Qol vurmaq isə inanılmazdır. Uşaq vaxtı bütün bunların xəyalını qururdum”.

Qeyd edək ki, Orfe Mbina “Vikinq”lə Norveçdə keçirilən qarşılaşmada “Sabah”ın yeganə qolunun müəllifi olub. Həmin görüş Azərbaycan təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Sabah” - “Barselona” qarşılaşması Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində 25 noyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla beşinci, “Sabah” isə üç xalla 31-ci pillədə qərarlaşıb.

İdman.Biz