“Sabah” - “Barselona” oyununa görə bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

24 Noyabr 2026 18:03
38
“Sabah” - “Barselona” oyununa görə bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

UEFA Çempionlar Liqasında Azərbaycanın “Sabah” və İspaniyanın “Barselona” futbol komandaları arasında keçiriləcək qarşılaşma ilə əlaqədar Bakıda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

İdman.Biz xəbər verir ki, 25 noyabrda Bakı Olimpiya Stadionunda baş tutacaq oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyət səbəbindən 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Avtobuslar Sabunçu yol qovşağı istiqamətində Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə hərəkət edəcəklər.

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobusların hərəkəti Heydər Əliyev prospekti ilə təşkil olunacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Sabah” - “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Dörd turdan sonra 9 xala malik Kataloniya klubu turnir cədvəlində beşinci, 3 xalı olan Azərbaycan təmsilçisi isə 31-ci pillədə qərarlaşıb.

İdman.Biz