AFFA-nın dəstəyi ilə Bakı Futbol Federasiyası (BFF) tərəfindən təşkil olunan beşinci D kateqoriyalı məşqçi kursuna start verilib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kursda paytaxtla yanaşı, Qarabağ, Mərkəz, Cənub, Şimal və Şimal-Qərb Regional Futbol Federasiyalarını təmsil edən 18 məşqçi iştirak edir.
Tədris prosesi AFFA-nın Məşqçilərin maarifləndirilməsi şöbəsinin rəhbəri Aslan Kərimovun nəzarəti altında təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.
Üç gün davam edəcək kurs çərçivəsində iştirakçılara məşqçilik fəaliyyətinin əsasları üzrə nəzəri və praktiki biliklər veriləcək. Proqramı uğurla başa vuranlara sonda AFFA-nın D kateqoriyalı məşqçi lisenziyaları təqdim olunacaq.
