İtaliyanın “İnter” futbol klubunun yarımmüdafiəçisi Hakan Çalhanoğlu Seriya A-nın ilk turunda “Montsa” ilə oyunda komandasının ilk qolunu vurub.
İdman.Biz xəbər verir ki, Çalhanoğlu qarşılaşmanın altıncı dəqiqəsində təxminən 25 metr məsafədən qüvvətli və dəqiq zərbə ilə fərqlənib.
Sağ cinahdan ötürülən topa bir toxunuşla zərbə vuran 32 yaşlı futbolçu “İnter”in yeni mövsümdə ilk qolunun müəllifi olub. Vurulan qol zamanı qapıçının reaksiyası maraqlı olub. O, qüvvətli zərbəni demək olar ki, görməyib və son anda reaksiya verə bilib.
Qeyd edək ki, son İtaliya çempionu “İnter” görüşdə “Montsa”nı 4:1 hesabı ilə məğlub edib.
