Vinisius “El-Klasiko”dan sonra “Barselona”ya istehza edib

26 Oktyabr 2026 21:06
40
Vinisius “El-Klasiko”dan sonra “Barselona”ya istehza edib

“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior İspaniya La Liqasının onuncu turunda “Barselona” üzərində qazanılan 2:1 hesablı səfər qələbəsindən sonra rəqibə istehza edib.

İdman.Biz xəbər verir ki, dörd oyunluq diskvalifikasiya səbəbindən “El-Klasiko”nu buraxan 26 yaşlı futbolçu qarşılaşmanı evdən izləyib.

Vinisius final fitindən dərhal sonra sosial şəbəkə hesabında “Kamp Nou” stadionunun tablosunda əks olunan yekun hesabın fotosunu paylaşıb. O, “Real Madrid”in 2:1 hesablı qələbəsini göstərən şəkli göz yaşları içində gülən dörd emoji ilə müşayiət edib.

Braziliyalı hücumçu klubun rəsmi hesabındakı paylaşımın şərhlərində də fəallıq göstərərək “Real Madrid”in Çempionlar Liqasında qazandığı 15 titula işarə vurub.

Xatırladaq ki, Joze Mourinyonun rəhbərlik etdiyi “Real Madrid” Kilian Mbappenin dublu sayəsində “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Vinisius isə “Vilyarreal”la görüşdə qeyri-idman davranışına görə İspaniya Kral Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

İdman.Biz