“Arsenal”ın və İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendi qış transfer pəncərəsində London klubundan ayrıla bilər.
İdman.Biz El Nacional nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Real Madrid” və “Çelsi” maraqlanır.
Mənbənin məlumatına görə, Subimendi “Arsenal”da oyun vaxtı artmayacağı təqdirdə yanvarda digər klublardan gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.
İspaniyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə doqquz matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Subimendinin “Arsenal”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı onun bazar dəyərini 65 milyon avro (təxminən 110,5 milyon manat) qiymətləndirir.
