“Mançester Yunayted”in futbolçuları Maykl Karrikin istefasını gözləyirlər

26 Oktyabr 2026 22:17
90
“Mançester Yunayted”in futbolçuları Maykl Karrikin istefasını gözləyirlər

“Mançester Yunayted”in futbolçuları komandanın baş məşqçisi Maykl Karrikin yaxın vaxtlarda vəzifəsindən azad ediləcəyini gözləyirlər.

İdman.Biz talkSPORT-a istinadən xəbər verir ki, bu barədə radiostansiyanın futbol şöbəsinin baş redaktoru Aleks Kruk məlumat yayıb.

Jurnalistin sözlərinə görə, ingilis mütəxəssisin klubla qüvvədə olan müqaviləsində onun vaxtından əvvəl ləğv edilməsi imkanı nəzərdə tutulub.

“Komandanın paltardəyişmə otağındakı mənbələr artıq açıq şəkildə Karrikin yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırılacağını gözləyirlər”, - deyə Kruk bildirib.

Baş məşqçinin mümkün istefası ilə bağlı söz-söhbətlər “Mançester Yunayted”in uğursuz nəticələri fonunda yayılıb. Komanda ötən həftəsonu “Old Trafford” stadionunda “Bornmut”a 0:3 hesabı ilə məğlub olub.

Bundan əvvəl isə Mançester təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində İtaliyanın “Komo” klubuna 1:4 hesabı ilə uduzub.

İdman.Biz