Azərbaycan millisinin futbolçusu zədədən sonra Kipr çempionatında meydana qayıdıb

26 Oktyabr 2026 22:46
89
Azərbaycan millisinin futbolçusu zədədən sonra Kipr çempionatında meydana qayıdıb

Azərbaycan millisinin və Kiprin “Pafos” klubunun futbolçusu Murad Məmmədov zədəsini sağaldaraq yenidən meydana çıxıb.

İdman.Biz Report-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Kipr çempionatının yeddinci turunda “Nea Salamina” ilə keçirilən səfər oyununda iştirak edib.

Məmmədov qarşılaşmanın 70-ci dəqiqəsində Qabriel Teyşeyranı əvəzləyib. Görüş qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Yeddi turdan sonra 12 xal toplayan “Pafos” turnir cədvəlində beşinci yeri tutur.

Qeyd edək ki, Murad Məmmədov indiyədək Kipr klubunun heyətində bir qol vurub.

İdman.Biz