Almaniyanın “Bavariya” futbol klubu 2026-cı il ölkə Superkubokunun qalibi olub.
İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi həlledici görüşdə Dortmund “Borussiya”sına 2:1 hesabı ilə qalib gəlib.
“Dortmund” stadionunda keçirilən qarşılaşmanın baş hakimi Daniel Şlager olub.
Hesab 28-ci dəqiqədə açılıb. “Bavariya”nın müdafiəçisi Nataniel Braun komandasını önə keçirib. İlk hissənin əlavə olunmuş birinci dəqiqəsində Olise fərqi iki topa çatdırıb.
75-ci dəqiqədə “Borussiya”nın hücumçusu Fabio Silva hesab arasındakı fərqi minimuma endirib. 90-cı dəqiqədə Dortmund klubunun müdafiəçisi Rami Bensebaini qırmızı vərəqə alaraq meydandan qovulub.
Ötən mövsüm “Bavariya” Bundesliqada 89 xal toplayaraq Almaniya çempionu olub. Münhen klubu, həmçinin ölkə kubokunu qazanıb. Dortmund “Borussiya”sı isə Superkubokda Almaniya çempionatının vitse-çempionu kimi iştirak edib.
Qeyd edək ki, “Bavariya” 2025-ci ildə də Almaniya Superkubokunu qazanıb. Münhen təmsilçisi həmin vaxt “Ştutqart”ı 2:1 hesabı ilə məğlub etmişdi.
