"Qalatasaray" "Mançester Siti"nin qapıçısını alır?

Xəbərlər
19 İyul 2025 10:59
31
"Qalatasaray" "Mançester Siti"nin qapıçısını alır?

"Mançester Siti"nin qapıçısı Ederson karyerasını Türkiyədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, məşhur insayder Nikolo Skira "şəhərlilər"in "Qalatasaray"la danışıqlar apardığını yazıb.

Türkiyə çempionu futbolçuya əlavə uzadılma imkanı ilə 2028-ci ilə kimi müqavilə təklif edib.

"Qalatasaray"dan başqa, Edersona Səudiyyə Ərəbistanı klublarının da maraq göstərdiyi deyilir.

Qeyd edək ki, 2026-cı il iyunun 30-a kimi İngiltərə klubu ilə müqaviləsi olan braziliyalı qapıçının transfer qiyməti 20 milyon avro məbləğində dəyərləndirilir.

İdman.biz