İngiltərə və “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersdən özünü 150 milyon avro dəyərində hesab edib-etmədiyi soruşulub.
İdman.Biz bildirir ki, Birminhem klubu daha əvvəl “Arsenal”ın marağı fonunda oyunçu üçün bu qiyməti təyin etmişdi.
“Bu qədər dəyərli olduğuma əmin deyiləm! İnsanların bunu deməsini eşitmək xoşdur, amma kənar səs-küyün mənə təsir etməsinə icazə vermirəm. Sadəcə diqqətimi cəmləməyə və özüm olmağa davam edəcəyəm”, - BBC Rocersdən sitat gətirir.
23 yaşlı ingilis ötən mövsüm 55 oyunda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun “Aston Villa” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. İngiltərə 2026-cı il dünya çempionatında Meksikaya qarşı 1/8 final matçına hazırlaşır.
