Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Peritan Bozdağın yeni klubu bəlli olub.
İdman.biz xəbər verir ki, türkəsilli oyunçu "Fənəbaxça"nın formasını geyinəcək.
26 yaşlı yarımmüdafiəçi İstanbul klubu ilə bir illik müqavilə imzalayıb. Bozdağın çıxış etdiyi son komanda "Fatih Vatanspor" olub.
Qeyd edək ki, Peritan 2021-ci ildən Azərbaycan yığmasında çıxış edir.
İdman.biz