"Mingəçevir"də yeni baş məşqçi

Xəbərlər
10 İyul 2025 14:08
57
"Mingəçevir"də yeni baş məşqçi

I Liqada mübarizə aparan "Mingəçevir" klubuna yeni baş məşqçi təyin olub.

İdman.biz xəbər verir ki, komandaya yeni mövsümdə Ramiz Məmmədov rəhbərlik edəcək.

PRO kateqoriyalı 56 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, "Mingəçevir"i ötən mövsüm I Liqada saxlamağı bacaran Füzuli Məmmədovu əvəzləyib.

İdman.biz