“Zirə”nin rəqibindən yeni transfer

Xəbərlər
8 İyul 2025 21:11
48
“Zirə”nin rəqibindən yeni transfer

Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olacaq “Hayduk” yeni transferini reallaşdırıb.

İdman.biz xəbər verir ki, Split təmsilçisi heyətini Adrion Pajaziti ilə gücləndirib.

"Fulhem"lə müqaviləsi bitən 22 yaşlı yarımmüdafiəçi "Hayduk"la 4 illik müqavilə imzalayıb. Adrion yeni klubunda 4 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Albaniya yığmasının futbolçusu ötən mövsümü icarə əsasında "Qoritsa"da (Xorvatiya) keçirib. Adrion 23 oyunda 3 dəfə fərqlənib.

İdman.biz